“Past”: Paşinyan komanda yoldaşlarına xəbərdarlıq edib ki, Qərbə böyük ümid bəsləməsinlər

2021/05/sdgsd-1621329806.jpg
Oxunub: 334     15:15     06 Oktyabr 2022    
“Bu günlərdə erməni informasiya məkanında amerikapərəst bəyanatlar və tezislər kəskin şəkildə aktivləşib”.

Ordu.azz xəbər verir ki, bu barədə “Past” nəşri yazıb.

Nəşrin məlumatına görə, Ermənistanda qərbyönümlü platformalar ölkənin ABŞ-la daha yaxın müttəfiqlik etməsini istəyirlər.

“Təbii ki, bu məsələdə hakimiyyətin qərb qanadı adlanan qanadı da çox fəaldır. burada amerikalıların son fəaliyyəti onları çox həyəcanlandırır.

Üstəlik, ötən gün Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan hətta bildirib ki, “Ermənistan Rusiyadan çox ABŞ-dan dəstək alıb”.

Ancaq reallıqda hər şey o qədər də birmənalı deyil.

Nikol Paşinyan “Vətəndaş müqaviləsi” fraksiyası ilə son görüşdə, eləcə də ayrı-ayrı söhbətlər zamanı komanda yoldaşlarını yersiz həyəcanlanmamağa və Qərbə böyük ümidlər bəsləməməyə çağırıb, çünki bəyanatlardan və çağırışlardan başqa praktiki olaraq heç bir əsaslı nəticə yoxdur. O, açıq-aşkar bildirib ki, Qərbin məqsədi Ermənistana həqiqətən faydalı olmaq deyil, onların regionda mövcudluğunu artırmaq, Rusiya və İrana zərər verməkdir”, - deyə məqalədə bildirilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin