Britaniya HDQ-nin amfibiya birlikləri Aralıq dənizinə yerləşdirilib

2022/10/1665041265.jpg
Oxunub: 335     14:32     06 Oktyabr 2022    
Birtaniya Hərbi Dəniz Qüvvələrinin amfibiya birlikləri NATO müttəfiqləri ilə birlikdə Avropa təhlükəsizlik missiyasının bir hissəsi kimi Aralıq dənizinə yerləşdirilib.

Ordu.az xəbər verir ki, bu barədə “Naval News” nəşri yazıb.

Hərbçilər “Littoral Response Group North” proqramının bir hissəsi kimi prosesdə iştirak edəcək.

Amfibiya qüvvələrinə “HMS Albion” gəmisi rəhbərlik edir və 3 helikopter eskadrilyasından, 45-ci Komando Dəniz Piyadalarından, “RFA Argus” və “RFA Mounts Bay” dəstək gəmilərindən, “RFA Tidesurge” yanacaq doldurma gəmisi və “HMS Defender” hava hücumundan müdafiə esminesindən ibarətdir.

Qarşıdakı aylarda tapşırıq qrupu Şərqi Aralıq dənizi, Şimali Afrika və Adriatikdəki əməliyyatlarda iştirak edəcək. Bu qüvvə bu ilin əvvəlində Arktikada və 2021-ci ildə Baltik dənizində aparılan əməliyyatlarda iştirak edib.

Sevinc Əliyeva 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Aralıq-dənizi  


Bizi "telegram"da izləyin