İsveçrə şirkəti: Zəngilan, Kəlbəcər və Qubadlı üçün planlar hazırlanıb

2022/10/676-1665038752.jpg
Oxunub: 2147     10:43     06 Oktyabr 2022    
““sa_partners" şirkəti Azərbaycana təkliflər verib. Azərbaycandan olan tərəfdaşlarımız bizim təkliflərimizə açıq və dəstəkləyici yanaşdılar. Əsas məqsəd bu regionda öz evlərinə qayıdacaq sakinlərin təhlükəsiz, dayanıqlı və ləyaqətli yaşamını təmin etməkdir”.

Ordu.az xəbər verir ki, bunu Milli Şəhərsalma Forumunda "Ekoloji cəhətdən davamlı və dayanıqlı şəhər inkişafı" sessiyasında İsveçrənin "sa_partners" şirkətinin təsisçi tərəfdaşı Dunja Kovari bildirib. Onun sözlərinə görə, şirkət Zəngilan, Kəlbəcər və Qubadlı üçün planlar verib:

“Bu şəhərlərin öz xüsusiyyətləri var. Zəngilanın gözəl landşaftı var və biz bu şəhərin quruculuğunda öz töhfəmizi vermək istəyirik. Şəhər yaşıl olacaq. Şəhərin planı yarımsentrik olacaq, belə ki, şəhərdə 3 mərkəz olacaq - mərkəz və iki yarım-mərkəz. Bu şəhərdə 15 dəqiqəlik şəhər konsepsiyası tətbiq olunacaq.

Şəhərdə yaşıllıq qorunacaq, parklar salınacaq, iki mərtəbəli yayış binaları olacaq. Həmçinin şəhərin öz elementləri də binanın inşasında tətbiq olunacaq".

Kələbəcərin planı ilə bağlı İsveçrə şirkətinin təmsilçisi deyib ki, Kəlbəcərdə sağlamlıq turizminin yaradılması üçün əlverişli şərait var və şəhərin planın hazırlanmasında bu, nəzərə alınıb: “Şəhərdə hərəkətlilik əsas konseptdir”.

Qubadlı ilə bağlı planı təqdim edən isveçrəli nümayəndə deyib ki, bu regionun gözəl su mənzərləri var:

“Təbii ki, bu regionda su həm də nadirdir və ehtiyatla istifadə olunmalıdır. Qubadlı üçün "Sponge" şəhər konsepti təklif edirik ki, bu da su ehtiyatlarından səmərəli istifadəyə hesablanıb".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsveçrə   Zəngilan   Qubadlı  


Bizi "telegram"da izləyin