Akar britaniyalı həmkarı ilə regional müdafiə və təhlükəsizlik məsələlərini müzakirə edəcək

2022/10/633dd-1665033493.jpg
Oxunub: 247     23:23     05 Oktyabr 2022    
Türkiyə milli müdafiə naziri Hulusi Akar Böyük Britaniyada səfərdədir.

Ordu.az xəbər verir ki bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, səfər Böyük Britaniya müdafiə naziri Ben Uollesin rəsmi dəvəti ilə baş tutub.

Akar səfər zamanı həmkarı ilə ikitərəfli və regional müdafiə və təhlükəsizlik, müdafiə sənayesində əməkdaşlıq mövzularında fikir mübadiləsi aparacaq.

Bundan əlavə müdafiə sənayesi şirkətləri ilə danışıqların aparılması planlaşdırılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Britaniya  


Bizi "telegram"da izləyin