Çexiya Ukraynaya ağır hərbi texnika göndərəcək

2022/01/inlin-1642742786.jpg
Oxunub: 292     00:55     06 Oktyabr 2022    
Çexiya hökuməti Ukraynaya daha bir hərbi yardımın göndərilməsini təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Yana Çernoxova bildirib.

Nazir yardımın ağır hərbi texnika, atıcı silah və sursatdan ibarət olacağını vurğulayılb. Təhlükəsizlik baxımından başqa təfərrüatlar açıqlanmır.

Fevralın 24-dən Çexiya Ukraynaya ümumilikdə 47 milyard kron (təxminən 2 milyard avro) məbləğində hərbi yardım göndərib.

Çexiya Ukraynaya hərbi yardımın miqyasına görə ilk beş dövlət arasındadır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çexiya   Ukrayna  


Bizi "telegram"da izləyin