“Şəhid atan sizin pulunuzu ödəyib” – AzTV-də təsirli layihə başlayır (VİDEO)

2022/10/1664993682.jpg
Oxunub: 929     22:06     05 Oktyabr 2022    
Azərbaycan Televiziyası 44 günlük Vətən müharibəsinin ikinci ildönümündə yeni layihəyə start verib.

AzTV-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsindən Ordu.az-a verilən məlumata görə, “Əmanət” adlı layihə qısametrajlı filmlər silsiləsindən ibarətdir.

Bədii-sənədli filmlərdə şəhid ailələrinə və övladlarına, qazilərə cəmiyyətin və dövlətin qayğısı, diqqəti əks olunur. Filmlərin ssenarisi real hadisələrə əsasən qələmə alınıb.


Silsilənin ilk filmi “Şəhid əmanəti” adlanır və Vətən müharibəsi şəhidi Natiq İsmayılovun ailəsinin danışdıqlarına əsasən çəkilib.

Belə ki, şəhidin oğlu Davud İsmayılzadə filmin baş qəhrəmanıdır. O, çörək almağa gedir və yolda ona qarşı xüsusi diqqət göstərən qonşuları ilə qarşılaşır. Çörək almaq üçün daxil olduğu dükanda isə satıcı şəhid ailəsi olduğu üçün ondan pul almır və “şəhid atan sizin pulunuzu ödəyib” deyərək yola salır.

Filmin rejissoru Elvin Əhmədoğlu, ssenari müəllifi Vasif Ənvəroğlu, prodüseri Zamiq Əlövsətoğludur.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin mayoru Natiq İsmayılov 17.10.2020-ci ildə Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olub.

N.İsmayılovun 4 övladı – Ömər İsmayılzadə, Behbud İsmayılzadə, Gülər İsmayılzadə və Davud İsmayılzadə Vətənə əmanət qalıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: AzTV   Şəhid  


Bizi "telegram"da izləyin