"Yunanıstan hüquq və reallığa zidd davranır" - Akar

2022/07/sdfds-1657376240.jpg
Oxunub: 396     18:33     05 Oktyabr 2022    
“Yunanıstan hüquq və reallığa zidd davranışlarla pis qonşuluq ümunəsi göstərir”.

Ordu.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O, bildirib ki, Ankara beynəlxalq hüquqa, mehriban qonşuluq münasibətlərinə uyğun olaraq Egey dənizinin təbii sərvətlərinin ədalətli şəkildə bölünməsinin tərəfdarıdır: “Bir millimetrə də geri addım atmayacağıq. Bu mövzuda bizim anlayış nümayiş etdirməyimiz mümkün deyil”.

Akar vurğulayıb ki, dəniz və hava qüvvələri nə lazımdırsa, onu da edəcəklər: “Yunanıstanla NATO daxilində müttəfiqik. Xalqlar da bir-birini tanıyır, qonşuyuq. Yəni qısa müddətdə qonşuluq münasibətlərini bərpa edə və bundan faydalana bilərik. Bu, hər 2 ölkənin xeyrinədir”.

Nazirin sözlərinə görə, Yunanıstandakı bəzi siyasətçilər şəxsi maraqları üçün gərginliyi davam etdirirlər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Akar   Yunanıstan  


Bizi "telegram"da izləyin