Ukrayna Luqansk vilayətinin bəzi məntəqələrini azad edib

2022/09/30770-1663765840.jpg
Oxunub: 755     18:18     05 Oktyabr 2022    
Luqanskın azad edilməsinə başlanılıb, artıq rayonun bəzi yaşayış məntəqələri Rusiya ordusundan azad edilib.

Ordu.az xəbər verir ki, bunu Luqansk Regional Hərbi Administrasiyasının rəhbəri Sergey Hayday Telegram paylaşımında qeyd edib.

“Beləliklə, artıq rəsmidir. Luqanskın işğaldan azad edilməsi başlayıb. Bəzi yaşayış məntəqələri Rusiya ordusundan azad edilib və Ukrayna Silahlı Qüvvələri həmin yerlərdə Ukrayna bayrağı qaldırırlar”, - deyə Hayday bildirib.

O, Luqanskın işğaldan azad edilməsinin davam etdiriləcəyini bəyan edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Luqansk  


Bizi "telegram"da izləyin