Ermənistan İstintaq Komitəsi: Azərbaycanın təhvil verdiyi 17 hərbçi işgəncələrə məruz qalmayıb

2021/11/photo-1637071731.jpg
Oxunub: 586     18:03     05 Oktyabr 2022    
Hazırda müstəntiqlər Ermənistana qaytarılmış hərbçiləri dindirir, qalanları müalicə alır.

Ordu.az xəbər verir ki, bu barədə İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyan bildirib.

O qeyd edib ki, 10 hərbçi hazırda şahid kimi dindirilir, qalan 7 hərbçi isə müalicədədir və reabilitasiyaları bitdikdən sonra dindiriləcək.

Tadevosyanın sözlərinə görə, qaytarılan hərbçilər arasında ağır yaralı yoxdur, bəzilərində yüngül qəlpə yaraları aşkar olunub, onlar işgəncələrə məruz qalmayıb.

Xatırladaq ki, oktyabrın 4-də ABŞ-ın vasitəçiliyi ilə rəsmi Bakı İrəvana 17 erməni hərbçini qaytarıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İstintaq  


Bizi "telegram"da izləyin