İtaliya Respublikasının Dəniz Qüvvələri komandanı admiral Enriko Kredendinonun dəvəti ilə Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı kontr-admiral Sübhan Bəkirov Venesiya şəhərində keçirilən 13-cü Trans-Regional Dəniz Gücü Simpoziumunda iştirak etmək məqsədilə İtaliyaya rəsmi səfər edib.
MN-dən
Ordu.az-a verilən məlumata görə, 44 ölkənin HDQ komandanları və 18 mühüm dəniz təşkilatarının nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə əsas məqsəd dəniz nəqliyyatında təhlükəsizliyin təmin olunması üzrə müzakirələrin aparılmasıdır.
Beynəlxalq simpozium oktyabrın 7-dək davam edəcək.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
İtaliya
HDQ