Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsi ilə bağlı planlar açıqlanıb

2022/10/trend-1664978429.jpg
Oxunub: 312     15:56     05 Oktyabr 2022    
Bu gün bizdə azad edilmiş ərazilərdə 390 709 tank və piyada əleyhinə mina, eləcə də digər partlayıcı qurğular barədə məlumatlar var.

Ordu.az xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin sədr müavini Samir Poladov Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda deyib.

"Amma bu məlumatlar tam deyil. Onların dəqiqliyi 25 faizə yaxındır", - deyə o bildirib.

Onun sözlərinə görə, təxminən 147 988 hektar ərazi yüksək səviyyəli minalanmış, 675 570 hektar isə az səviyyəli minalanmış bölgə hesab olunur.

"2022-2026-cı illər üçün planlaşdırılmış birinci mərhələ Ağdam, Füzuli, Qubadlı, Cəbrayıl, Kəlbəcər, Xocavənd, Laçın, Şuşa və Zəngilan rayonlarında 83 yaşayış məntəqəsinin minalardan təmizlənməsini nəzərdə tutur. Cari planlar 33 795 hektar ərazisinin yaşayış yeri üçün təmizlənməsini nəzərdə tutur. Birinci mərhələyə uyğun olaraq bu rayonlarda evlərin tikintisi üçün 14 713 hektar ərazisinin təmizlənməsi nəzərdə tutulur", - S. Poladov deyib.

O əlavə edib ki, müharibə başa çatdıqdan sonra 257 nəfər minaya düşüb ki, onlardan 44 nəfəri həlak olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ANAMA  


Bizi "telegram"da izləyin