Putin Ramzan Kadırova general-polkovnik rütbəsi verib

2022/03/789df-1647191534.jpg
Oxunub: 607     17:17     05 Oktyabr 2022    
Çeçenistan rəhbəri Ramzan Kadırova general-polkovnik rütbəsi verilib.

Ordu.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri öz Telegram kanalında bildirib.

“Sizinlə daha bir şad xəbəri bölüşmək istəyirəm. Rusiya Prezidenti məni general-polkovnik rütbəsi ilə təltif etdi. Fərman 709 nömrəsi ilə çıxıb. Bu barədə şəxsən Vladimir Vladimiroviç mənə məlumat verdi və məni təbrik etdi”, - Kadırov vurğulayıb.

Qeyd edək ki, bu, Çeçenistan rəhbərinin Ukraynadakı müharibə zamanı aldığı ikinci rütbədir. Bu ilin mart ayında ona general-leytenant hərbi rütbəsi verilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Purin   Kadırov  


Bizi "telegram"da izləyin