Cenevrədə Rusiya-Gürcüstan danışıqlarının yeni mərhələsi başlayıb

2022/10/1664971247.jpg
Oxunub: 393     15:59     05 Oktyabr 2022    
Cənubi Qafqazda təhlükəsizliyin və stabilliyin təmin olunması ilə bağlı Rusiya-Gürcüstan danışıqlarının yeni mərhələsi 10 aylıq fasilədən sonra Cenevrədə baş tutub.

Ordu.az xəbər verir ki, bu barədə Gürcüstan XİN rəhbərinin birinci müavini Laşa Darsaliya məlumat verib.

Danışıqlarda Gürcüstan nümayəndə heyətinə başçılıq edən Laşa Darsaliya onu da əlavə edib ki, Cenevrədə danışıqların aparılması ilk növbədə ona görə vacib nailiyyətdir ki, Gürcüstan-Rusiya münaqişəsi beynəlxalq ictimaiyyətin gündəliyində əsas məsələlərdən biridir: “Gürcüstanın Avropa İttifaqı, BMT, ATƏT və ABŞ-dan olan tərəfdaşlarının səyləri, bu gün keçirilən danışıqların baş tutmasında vacibdir”.

Həmçinin o da qeyd olunub ki, Cenevrədə son danışıqlar prosesi keçən ilin 7-8 dekabr tarixlərində baş tutub. Bu ilin mart ayında növbəti danışıqlar prosesi keçirilməli olsa da, sonradan ləğv olunub. Aprel ayında isə məlum olub ki, BMT, Avropa İttifaqı (Aİ) və ATƏT təmsilçilərindən ibarət həmsədr üçlüyün təşəbbüsü ilə Cenevrədəki müzakirələr dondurulubmuş.

Xatırladaq ki, Cənubi Qafqazda təhlükəsizliyinin və stabilliyin təmin olunması üçün beynəlxalq səviyyəli müzakirələr 2008-ci ildən etibarən Cenevrədə həyata keçirilir və BMT, Aİ və ATƏT-in xüsusi nümayəndələrinin vasitəçiliyi ilə Abxaziya, Rusiya, Gürcüstan, Cənubi Osetiya və ABŞ da danışıqlarda iştirak edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Rusiya  


Bizi "telegram"da izləyin