Parisin Qafqaza hərbi qüvvələr göndərməyə hazır olacağını təsəvvür etmək siyasi fantaziyadır – REGNUM

2022/09/1663227850.jpg
Oxunub: 516     17:56     06 Oktyabr 2022    
Rusiyanın “Regnum.ru” saytında “Paşinyan Parisə niyə uçdu?” sərlövhəli məqalə dərc olunub.

Müəllif yazır ki, Nikol Paşinyan Parisə işgüzar səfərə gedib və orada Yelisey sarayında Fransa prezidenti Emmanuel Makronla danışıb və İrəvan-Bakı münasibətlərinin perspektivlərini müzakirə edib.

Qeyd olunur ki, bu səfər Fransanın hazırda BMT Təhlükəsizlik Şurasına sədrlik etməsi və Ermənistanın Parisin və prezident Makronun dəstəyi ilə öz problemlərini həmin strukturun gündəliyinə salmağa ümid etməsi ilə bağlıdır.

Nəşr bildirir ki, Makron hələ də İrəvanın BMT Təhlükəsizlik Şurası səviyyəsində təklif etdiyi hərəkətlər ssenarisindən yayınır, öz mövqeyini ümumi şəkildə ifadə edir. O, həmişə olduğu kimi, tərəfləri “gərginliyi azaltmağa və danışıqları yubanmadan bərpa etməyə” çağırıb və “azərbaycanlı həmkarı İlham Əliyevlə danışmaq niyyətində olduğunu” bildirib. Bundan dərhal ümumi nəticə çıxır. Rəsmi İrəvan Moskvaya paralel olaraq Azərbaycanla problemlərin həlli üçün “imkanlar kanalı” qurmaqda davam edir, xarici siyasi alternativin mövcudluğuna səmimi eyham vurur.

“Ona görə də indi sual yaranır ki, İrəvanın Zaqafqaziya problemlərinin Paris üçün birinci olmasa da, nəzərəçarpacaq əhəmiyyət kəsb edən kateqoriyaya keçəcəyinə ümidlərinin yenidən artmasının səbəbi nədir?

Parisin Azərbaycanla Ermənistan arasındakı qarşıdurma xəttinə bəzi hərbi qüvvələr göndərməyə hazır olacağını təsəvvür etmək sadəcə siyasi fantaziyadır. Belə olan halda, Paşinyan hazırda Fransanı ən azı simvolik olaraq problemin müharibədən sonrakı həllində fəal iştirak etməyə nəyə əsaslanaraq çağırır?

Bundan başqa, Ermənistanda ölkənin ilk prezidenti Levon Ter-Petrosyanın da fikri maraqlı olub. O iddia edib ki, Rusiya Qarabağ nizamlanmasının açarını itirib.

Azərbaycana gəlincə, o, rəsmi səviyyədə Ukrayna ərazisindəki vəziyyəti çox ehtiyatla şərh edir. İrəvandan fərqli olaraq İlham Əliyevin mövqeyi fərqlidir. O, Ermənistanla münasibətlər probleminin böyük beynəlxalq siyasətə yeni inteqrasiyası və Rusiya ilə kollektiv Qərb arasında ziddiyyətlər səviyyəsinə çatdırılması perspektivini daha real qiymətləndirir. Bununla yanaşı, Bakı Ermənistanın KTMT-yə yardım çağırışına Moskvanın cavabını və ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan Fransanın şifahi diplomatik fəallaşmasının səbəblərini düzgün qiymətləndirib”, - deyə nəşr yazıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Fransa   Putin  


Bizi "telegram"da izləyin