“Past”: Robert Köçəryan Nikol Paşinyanın siyasi ömrünü uzadır

2021/04/Untit-1619428559.jpg
Oxunub: 655     16:56     06 Oktyabr 2022    
“Robert Köçəryan Nikol Paşinyanın siyasi ömrünü uzadır”.

Ordu.az xəbər verir ki, bunu “Past” nəşri yazıb.

Nəşr qeyd edir ki, Robert Köçəryan geniş mətbuat konfransı verdi, lakin bu, gözləyən ictimaiyyətə cavab verməkdən daha çox suallar doğurdu.

“Sirr deyil ki, 2021-ci ildə keçiriləcək növbədənkənar parlament seçkiləri öncəsi ikinci prezident mətbuat konfranslarında və ictimai müsahibələrində ictimaiyyəti əmin etdi ki, əgər kifayət qədər dəstək olarsa, Paşinyanın uzaqlaşdırılması problem olmayacaq. Kifayət qədər sərt tənqidlər sayəsində Köçəryan müxalifət sektorunun əksəriyyətinin səsini toplaya və parlamentdə ən böyük müxalifət fraksiyasını formalaşdıra bildi. Bundan sonra həmin müxalifət fraksiyası mübarizəni səmərəsiz hesab edərək küçə mübarizəsinə üstünlük verdi.

Lakin mətbuat konfransında Köçəryan xalqdan kifayət qədər dəstək olmasa, Paşinyanı küçələrlə çıxarmağın mümkün olmayacağını açıqlayıb. Kifayət qədər dəstəyin olduğunu bildiyimiz halda, on minlərlə insanlar küçələrə çıxdı, lakin onlara ən çox tapşırılan şey heç bir baxış və konkret fəaliyyət planı olmadan İrəvan küçələrində məqsədsiz gəzmək idi.

Küçə mübarizəsinin artıq effektli olmaması tezisi kimin marağındadır? Marjinal müxalifət qrupları Paşinyan üçün xalqa rəhbərlik edən titullu müxalifətlə eyni təhlükə yarada bilməz.

Köçəryan, bəlkə də ilk dəfə Rusiyayönümlü vektordan bir qədər yayınaraq, İttifaq dövlətinə qoşulmağın məsələnin həlli olmadığını açıqladı. Bəzi dairələr hesab edir ki, Moskvanın Paşinyandan tələbi məhz bundan ibarətdir və baş nazir Qərbdən kömək istəməklə buna qarşı durmağa çalışır”, - deyə nəşr bildirir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Paşinyan  


Bizi "telegram"da izləyin