“Hraparak”: Paşinyan Petrosyana cavab verdi, sonuncu oyunu tərk etdi

2022/05/image-1651479198.jpg
Oxunub: 579     20:32     06 Oktyabr 2022    
İki gün əvvəl verdiyi müsahibədə Nikol Paşinyan Ermənistanın keçmiş prezidentlərinin katolikosun himayəsi altında görüşünə və həmin görüş çərçivəsində Ter-Petrosyanın təklif etdiyi konsolidasiyaya toxunub.

“Hraparak” nəşri yazır ki, jurnalistin bu barədə sual verməsinin əvvəlcədən planlaşdırıldığı aydın idi.

Paşinyan uzun və incə cavab verir, o, sərt kvalifikasiyalar etmir, amma aydın başa düşülür ki, onun sələfləri ilə münaribətlər qurmaq, onların məsləhət və dəstəyini almaq, məsuliyyəti onlarla bölüşmək arzusu yoxdur.

Ermənistanın keçmiş müdafiə nazirinin müavini Artak Zakaryanın sözlərinə görə, Nikol Paşinyanın cavabı digər prezidentlərə yox, Levon Ter-Petrosyana yönəlib.

“Düşünürəm ki, Nikolun cavabı Levon Ter-Petrosyana yönəlib ki, mənim sizin dəstəyinizə ehtiyacım yoxdur, nə istəsəm, imzalayacam. O, başqa heç nə demədi, çünki nə ikinci, nə də üçüncü prezidentlər deyəsən, onun ətrafında birləşmək istəyini ifadə etməyiblər”, - deyə o bildirib.

Ter-Petrosyanın sözçüsü Arman Musinyan öz səhifəsində yazıb:

“Qeyd etmək lazımdır ki, katalikosun təşəbbüsü ilə hakimiyyət və müxalifət arasında platformaya ehtiyac tükənmiş hesab edilə bilər, lakin bu, həzrətlərinin israrlı səylərini azaltmır. 1998-ci ildən sonra Ermənistanda ilk ciddi siyasi debat baş verib”.

Nəşrin müəllifinin sözlərinə görə, bu, o deməkdir ki, birinci prezident keçmiş prezidentlərin masasını tərk edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Petrosyan  


Bizi "telegram"da izləyin