Ermənistanın keçmiş prezidentləri əhəmiyyətli fiqur hesab edilir? – BAXIŞ BUCAĞI

2022/09/wewed-1663669913.jpg
Oxunub: 395     19:17     06 Oktyabr 2022    
Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın Paşinyanın ailəsinə məxsus olan qəzetdə dərc olunan məqalədən sonra verdiyi açıqlama müzakirələrə səbəb olub. Ter-Petrosyan öz sözçüsü vasitəsilə hökumətin bu addımını müsbət qiymətləndirib və eyni zamanda qeyd edib ki, katalikosun hakimiyyətlə müxalifət arasında yaratdığı platformaya ehtiyac tükənmiş hesab oluna bilər: “Lakin bu, həzrətlərinin israrlı səylərinə heç də xələl gətirmir”. Ter-Petrosyan katalikosun təşəbbüsü sayəsində əlamətdar hadisənin baş verdiyini vurğulamağı zəruri hesab edir: “1998-ci ildən sonra Ermənistanda ilk ciddi siyasi debat baş verib”.

Ermənistanın üçüncü prezidenti Serj Sarskiyan açıqlama verməyə tələsməyib. Sarkisyan keçmiş prezidentlərin formatını “tükənmiş” kimi qiymətləndirməyə tələsmir. Sarkisyan faktiki olaraq həmin formatın iştirakçıları ilə müzakirə ediləcək nəyinsə olduğunu nəzərdə tutur. Burada birinci intriqa onun da formatı tükənmiş hesab edən Levon Ter-Petrosyanla müzakirə edəcək nəsə görüb-görməməsidir. Ermənistanın keçmiş prezidentlərinin müzakirələri birinci prezident olmadan davam edə bilərmi? Bu sual hətta ikinci prezident Robert Köçəryanın ofisindən verilən cavabda da açıq qalır.

“Bütün ermənilərin katolikosunun təşəbbüsü ilə keçirilən görüşlərlə bağlı iştirakçılardan birinin münasibəti barədə katalikosdan sual soruşmaq daha düzgün olardı”, - deyə Robert Köçəryanın ofisi bildirib. Bütün bunlar yalnız siyasi ekzotizm baxımından maraqlı ola bilər. Birincisi, məsələ Ermənistanın taleyi ilə bağlıdır və Ermənistan ətrafındakı son dərəcə mürəkkəb və çətin təhlükəsizlik mühitinə aiddir, ikincisi, Ermənistanın ictimai-siyasi sahəsində yeni siyasi ölçü formalaşmayıb, bu halda keçmiş prezidentlər əsas aktor hesab edilməyəcək və ən çox məsləhətçi rola iddia edə biləcəklər.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin