Erməni KİV-i: Azərbaycan Ermənistan hakimiyyətinin qarşısına imza atmaq üçün konkret mətn qoyub

2020/12/4b38b-8034139150.jpg
Oxunub: 845     20:33     05 Oktyabr 2022    
Cəmiyyətin müxtəlif təbəqələri arasında “sülh dövrü” anlayışının sadəcə uydurma olması barədə fikirlər kök salsa da, Ermənistan hakimiyyəti bu fikirdən uzaqlaşmaq niyyətində deyil.

Ordu.az xəbər verir ki, bu barədə “Past” nəşri yazıb.

Nəşr qeyd edir ki, bu kontekstdə hakimiyyətin “sülh gündəmi” ilə bağlı deyəcək yeni heç nəyi yoxdur, onlar sadəcə olaraq öz qarşılarına ictimai rəyi tədricən atacaqları addımlara uyğunlaşdırmaq vəzifəsi qoyublar.

“Yəni cəmiyyəti yavaş-yavaş sülh müqaviləsinin imzalanmasına hazırlayırlar ki, o vaxta qədər ictimai təlaş, üsyan olmasın. Buna görə, Paşinyan Ermənistanın 29,8 min kvadratmetr ərazisi ilə bağlı sənəd imzalayacağı tezisini daim təkrarlayır, sonra əlavə edir ki, yalnız “dənizdən dənizə Ermənistan” xəyalında olanlar onu günahlandıra bilər. O, daim sovet dövründən qalma sərhədlərə istinad etməklə əslində anklavları təhvil verəcəyini göstərir. Və nəticədə bir sıra strateji əhəmiyyətli yollar Azərbaycanın nəzarətinə keçəcək.

Bununla belə, “sülh erası” gündəliyinin ən mühüm komponenti ondan ibarətdir ki, Paşinyan mahiyyət etibarı ilə Qarabağ məsələsini də bağlayır, Bakının Ermənistanla bu məsələ ilə bağlı danışmaq istəmədiyini bəyan etdiyini bildirir.

Əslində, Ermənistan hakimiyyəti Qarabağ məsələsindən əllərini tamamilə çəkib və buranı Rusiya sülhməramlılarının öhdəsinə buraxıb.

Hadisələrin məntiqi silsiləsi onu deməyə əsas verir ki, Azərbaycan Ermənistan hakimiyyətinin qarşısına imza atmaq üçün konkret mətn qoyub”, - deyə məqalədə bildirilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Ermənistan  


Bizi "telegram"da izləyin