Vladanka Andreyeva: “BMT Azərbaycanla minatəmizlənmə sahəsində birgə işləyir”

2022/10/vlada-1664967331.jpg
Oxunub: 437     14:54     05 Oktyabr 2022    
Azərbaycan hökuməti ilə prioritet sahələrdə əməkdaşlıq edirik və bu əməkdaşlıq rəqabətə davamlı iqtisadiyyat, güclü institutların yaranması, insan kapitalına investisiyalar və təmiz ətraf mühit sahələrini əhatə edir.

Ordu.az xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva panel çıxışı zamanı deyib.

O, BMT ilə Azərbaycan arasında bu il münasibətlərin münasibətlərimizin 30-cu ildönümünün qeüyd olunduğunu xatırladıb.

Vladanka Andreeva COVID-19 pandemiyasının qlobal nəticələrinə toxunaraq deyib ki, pandemiya ilə mübarizə və onun nəticələrini minimuma endirmək üçün Azərbaycan dayanıqlı və güclü strategiya qəbul edib, pandemiya ilə mübarizədə ölkələrə qlobal dəstək verib.

Regionda müharibənin nəticələrinə toxunan BMT təmsilçisi deyib ki, bu müharibədən Azərbaycan əhalisi ciddi zərər görüb, travma yaşayıb.

"BMT Azərbaycan post-münaqişə dövründə dəstək verməyə davam edir, xüsusilə minatəmizlənmə sahəsində Azərbaycanla birgə işləyirik. Gənclərin əmək bazarına hazırlanması, ərazilərdə dağıntıların qiymətləndirilməsi ilə bağlı hesabatlar hazırlanır, qiymətləndirmələr aparılır və belə forumlar hesabatlar üçün vacibdir”, - o deyib.

BMT rəsmisi azad olunmuş sahələrdə sıfır emisiyalarla bağlı Azərbaycanın gündəliyinə də toxunub və bunun vacibliyini vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   Azərbaycan  


Bizi "telegram"da izləyin