“Bu gün Rusiya silahlı qüvvələri Ukrayna qüvvələrinin əks-hücumunu dayandırmağa çalışır. Eyni zamanda, Rusiya KTMT üzvü olan yeganə ölkə idi ki, Ermənistana kömək edə bilərdi, amma əslində bu gün onun belə imkanı yoxdur”.
Ordu.az xəbər verir ki, bunu politoloq Mixail Komin deyib.
O bildirib ki, Ermənistan müttəfiq kimi Kremlin diqqətindən kənarda qalıb.
Onun sözlərinə görə, Moskvanın bütün diqqəti müharibədə qalib gəlməyə, həmçinin Türkiyə və ya İran timsalında mümkün müttəfiqlər əldə etməyə yönəlib: “Bu mənada baş verən hadisələr kontekstində Vladimir Putinlə münasibətlərin istiləşməsini gözləmək çətindir”.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan
Rusiya