Erməni ekspert: “Ermənistanın yeni AES-i “Metsamor”un yerində tikiləcək”

2022/10/633c4-1664893573.jpg
Oxunub: 647     15:22     05 Oktyabr 2022    
“Rafael Qrossinin İrəvana səfəri son dərəcə müsbətdir”.

Ordu.az xəbər verir ki, bunu BMT-nin İnkişaf Proqramının enerji üzrə erməni eksperti Ara Marcanyan bildirib.

Onun fikrincə, atom enerjisi mühafizəkar sahədir, burada yalnız öz təhlükəsizliyini sübut etmiş reaktorlardan səmərəli istifadə olunur.

“Ermənistan artıq qərar verib, yeni atom elektrik stansiyası “Metsamor” Atom Elektrik Stansiyasının yerində tikiləcək”, - deyə ekspert qeyd edib.

Alpər Mövludoğlu 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Metsomar   Ermənistan  


Bizi "telegram"da izləyin