Erməni politoloq: “Qarabağdan bəhs edilmir və bu, fikir deyil, bu gün mövcud olan reallıqdır”

2022/10/1664965580.jpg
Oxunub: 785     17:18     06 Oktyabr 2022    
“Qarabağ (separatçılar – red.) həm müharibədən əvvəl, həm də müharibədən sonra birbaşa Bakı ilə danışıqlar aparmaq istəyirdi”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Tiqran Qriqoryan deyib.

O qeyd edib ki, Paşinyan Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması gündəmindən Qarabağı çıxarmaq istəyir.

“Başqa sözlə, Azərbaycanın məlum beş prinsipi əsasında sülh müqaviləsi imzalanmalıdır, burada Qarabağdan bəhs edilmir. Başqa sözlə desək, bu, fikir deyil, bu gün mövcud olan reallıqdır”, - deyə erməni politoloq bildirib.

Qriqoryanın sözlərinə görə, Azərbaycan Ermənistan və Qarabağ separatçıları arasında mövcud olan bütün əlaqələri azaltmağa və ya tamamilə aradan qaldırmağa çalışacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qarabağ  


Bizi "telegram"da izləyin