Alen Simonyan niyə Moskvaya gedir?

2021/10/l-0x0-1634118151.jpg
Oxunub: 513     16:30     05 Oktyabr 2022    
Ermənistan parlamentinin spikeru Alen Simonyan Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodinin rəsmi dəvəti ilə Moskvaya səfər edəcək. Nümayəndə heyəti oktyabrın 9-da Moskvaya yola düşəcək.

Ordu.az xəbər verir ki, “Hraparak” nəşri Simonyanın səfəri ilə bağlı bəzi məlumatlar dərc edib.

Bəzi məlumatlara görə, dəvətin məqsədi Ermənistanda baş verən son hadisələr, anti-Rusiya dalğasının artması və KTMT-dən çıxmaqla bağlı anonslardır.

“Alen Simonyanın timsalında hakimiyyətə xələf hazırlamağa çalışırlar?

Simonyandan bu barədə soruşublar, o, səfərin çoxdan planlaşdırıldığını, bunun son reallıqlarla heç bir əlaqəsi olmadığını deyib, sonra yerindəcə Paşinyana sədaqət andı içib: “Ermənistan üçün arzu olunan bir baş nazir namizədi var və onlar ona səs verdilər və bu gün o, Ermənistan baş naziri vəzifəsini tutur və mən özümü siyasi arenada hazırkı liderim olmadan təsəvvür edə bilmirəm”, - deyə məqalədə bildirilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Simonyan   Moskva  


Bizi "telegram"da izləyin