“Hraparak”: Ruben Vardanyanı Xankəndidə heç də hamı isti qarşılamır

2022/09/yuyuy-1662407373.jpg
Oxunub: 503     17:55     05 Oktyabr 2022    
Qondarma qurumun “rəhbəri” Arayik Harutyunyan Rusiyadan Xənkəndiyə köçən erməni biznesmen Ruben Vardanyana “dövlət naziri” postunu təklif edib və bu təkliflə bağlı onun cavabını gözləyir.

Ordu.az xəbər verir ki, “Hraparak” nəşri Vardanyanın “təyinatı” ilə bağlı bəzi məlumatlar dərc edib.

Nəşrin mənbələri bildirir ki, Vardanyanın “rəsmi təyinatı” bir neçə həftə sonra olacaq.

“Ruben Vardanyan məlumat verib ki, yarımçıq qalan işləri var. Lakin mənbələrimiz deyir ki, Vardanyanın qəbul etməməsinin başqa səbəbləri var. Məsələ burasındadır ki, siyasi dairələrdə tezliklə genişmiqyaslı müharibənin başlayacağı barədə məlumatlar dolaşır. Eyni zamanda Xankəndidə maliyyə vəziyyəti o qədər qaranlıqdır ki, Vardanyan o ağır yükün altından çıxa biləcəyinə şübhə edir.

Arayik əslində fakt qarşısında qalıb. Ruben Vardanyanı Xankəndidə (qondarma qurum daxilində - red.) heç də hamı isti qarşılamır, bu dəyişiklik qəti şəkildə qəbul edilmir. Vardanyan burada köklü dəyişikliklər etməyə hazırlaşır və bir çox insanlar tezliklə vəzifələrindən azad olunacaqlar”, - deyə məqalədə bildirilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ruben-Vardanyan   Xankəndi  


Bizi "telegram"da izləyin