“Milliyet”: Ərdoğan və Paşinyan oktyabrın 6-da görüşəcək

2020/12/timth-1608025564.jpg
Oxunub: 399     14:42     05 Oktyabr 2022    
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın baş naziri Nikol Paşinyan arasında ilk təkbətək görüşün oktyabrın 6-da Bakı vaxtı ilə saat 20:00-da Praqada keçirilməsi planlaşdırılır.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin “Milliyet” qəzeti nəşri məlumat yayıb.

Nəşr qeyd edir ki, görüşün mümkünlüyünü həm Türkiyə prezidenti, həm də Ermənistanın baş naziri bəyan ediblər. Bu, normallaşma prosesinin başlamasından sonra Türkiyə və Ermənistan liderləri arasında ilk təkbətək görüş olacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Paşinyan  


Bizi "telegram"da izləyin