AEBA-nın direktoru Zaporojye AES-ə səfərini istisna etməyib

2020/09/15980-1600084607.jpg
Oxunub: 355     13:00     05 Oktyabr 2022    
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossinin Ukraynanın Enerqodar şəhərində yerləşən Zaporojye AES-ə növbəti səfəri istisna olunmur.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bunu AEBA baş direktoru Ermənistana səfəri zamanı deyib.

Kiyevə səfərə yola düşən Qrossi oradan yenidən Zaporojye AES-ə gedə biləcəyini söyləyib.

Zaporojye AES ətrafında təhlükəsiz zonanın yaradılması barədə fikir bildirən Qrossi deyib:

“Kiyevdə keçiriləcək görüşlərdə Zaporojye AES ətrafında təhlükəsiz zonanın yaradılması üçün danışıqları davam etdirmək niyyətindəyəm”.

Qrossi həmçinin nüvə müharibəsinin mümkünsüz olduğunu də vurğulayıb.

Xatırladaq ki, Rusiyanın “Rosenerqoatom” konserninin baş direktorunun məsləhətçisi Renat Karça Zaporojye AES-in personalının və Rusiya tərəfinin Qrossinin səfərinə hazır olduğunu bəyan etmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zaporojye   AES  


Bizi "telegram"da izləyin