İran Britaniyaya növbəti dəfə nota verib

2022/09/1663736426.jpg
Oxunub: 314     10:25     05 Oktyabr 2022    
İran Böyük Britaniyaya nota verib.

Ordu.az xəbər verir ki, Britaniyanın İran İslam Respublikasındakı səfiri Saymon Şerklif çərşənbə axşamı Xarici İşlər Nazirliyinə çağırılıb.

Ona ölkəsinin Xarici İşlər Nazirliyi rəsmilərinin müdaxilə xarakterli bəyanatlarına görə, İranın etiraz notası təqdim olunub.

Qeyd edək ki, ötən həftə də Britaniyanın fars dilli kanallarında İranla bağlı mövqe ilə əlaqədar səfirə etiraz notası təqdim olunmuşdu.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Britaniya  


Bizi "telegram"da izləyin