Erməni analitik: “Türkiyə Azərbaycanın maraqlarından irəli gələn fikirləri tam şəkildə irəli sürür”

2022/10/01-1664875908.jpg
Oxunub: 301     16:29     06 Oktyabr 2022    
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın əvvəlində Praqada Ermənistanın baş naziri Nikol Paşinyanla görüşə biləcəyini açıqlayıb.

Hərbi-siyasi məsələləri üzrə erməni analitik Taron Hovhannisyan bildirir ki, Türkiyə həmişə oxşar bəyanatlar verib.

“Xarici işlər naziri Çavuşoğlu dəfələrlə bəyan edib ki, Ermənistan-Türkiyə münasibətlərində hər hansı bir addımla bağlı Azərbaycanla məsləhətləşirlər və prosesi Azərbaycanla əlaqələndirirlər. Bu, artıq açıq-aydın göstərdi ki, Türkiyə heç bir halda Ermənistanla ilkin şərt olmadan münasibətləri tənzimləməyə meylli deyil, onun oxşar yolla getməyə həvəsi yoxdur. Türkiyə Azərbaycanın maraqlarından irəli gələn fikirləri tam şəkildə irəli sürür”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ermənistan  


Bizi "telegram"da izləyin