Erməni ekspert: “Bu gün Ukrayna mövcud olmayan KTMT-dən daha vacibdir”

2022/10/untit-1664875838.jpg
Oxunub: 333     11:14     05 Oktyabr 2022    
“Düşünürəm ki, KTMT tezliklə yox olacaq, KTMT ölü strukturdur, mən bunu dəfələrlə demişəm”.

Ordu.az xəbər verir ki, bunu erməni siyasi ekspert Davit Stepanyan deyib.

O hesab edir ki, bu gün KTMT-dən çıxmaq demarş kimi qiymətləndiriləcək, ona görə də strukturun dağılması Ermənistandan başlamamalıdır: “Alternativ yaradılmalıdır, KTMT-dən şikayət etməyə, üzvlük dayandırmağa ehtiyac yoxdur. Hesab edirəm ki, bu gün KTMT-dən çıxıb-çıxmamaq barədə söhbətlər yalançı gündəmdir, daha ciddi məsələlər var”.

Eyni zamanda Stepanyan vurğulayıb ki, digər güc mərkəzləri ilə işə başlamaq lazımdır. Onun sözlərinə görə, bu gün Ukrayna KTMT-dən daha vacibdir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   KTMT  


Bizi "telegram"da izləyin