Yunanıstan Ermənistanın təhlükəsizlik boşluğunu doldurmağa çalışır? – BAXIŞ BUCAĞI

2022/09/6332d-1664278149.jpg
Oxunub: 557     22:25     05 Oktyabr 2022    
“Vəziyyət çətindir. Rusiyanın regiondan əhəmiyyətli dərəcədə geri çəkilməsi Ermənistanla Azərbaycan arasında münasibətlərdə yeni gərginlik mənbəyi yaradır. Bu məsələlər ardıcıllıqla həll edilməlidir. Mən avropalı, eləcə də amerikalı həmsöhbətlərimlə təmaslarımda bu məsələləri gündəmə gətirmək niyyətindəyəm”.

Bunu Yunanıstanın xarici işlər naziri Nikos Dendias Yunanıstan mətbuatına Cənubi Qafqazdakı vəziyyətlə bağlı müsahibəsində bildirib.

Yunanıstanın xarici işlər naziri diqqətəlayiq bəyanatla çıxış edir və qeyd edir ki, hazırda Qafqazda qeyri-sabitlik əslində Rusiyanın zəifləməsinin nəticəsidir. Bunun nə demək olduğunu müxtəlif cür şərh etmək olar, amma yunan nazirin əslində dediyi odur ki, Cənubi Qafqaz regionunda Türkiyənin gücü ilə doldurula biləcək boşluq yaranır. Hər halda o, Rusiyanın zəifləməsinin nəticəsinin sabitliyin pozulması və Ermənistan üçün ontoloji təhlükə ola biləcəyindən danışırsa, deməli, bu, vakuumu Türkiyə təsiri ilə “doldurmaq” deməkdir.

Dendias bildirir ki, o, amerikalı və avropalı həmkarları ilə görüşlərdə bu məsələləri qaldırmaq niyyətindədir. Söhbətin hansı vurğudan getdiyi bəlli deyil, çünki yunan nazirin bəyanatı belə deməyə əsas verir ki, Afinanın Vaşinqtondakı tərəfdaşları və Avropa paytaxtları ilə birgə təhlükəsizlik boşluğunun doldurulması məsələlərini müzakirə etmək niyyəti Türkiyənin regionda güclənməsi narahatlığından irəli gəlir.

Yunanıstan bu məsələdə İrəvana maddi yardım göstərərək bu boşluğu doldurmağa çalışa bilər?

Burada qeyd etmək yerinə düşər ki, oktyabrın 1-də Avropa Komissiyasının rəhbəri, Yunanıstanın Baş naziri Mitsotakis və Azərbaycan Prezidenti İlham Əliyevin iştirak etdiyi Yunanıstan-Bolqarıstan sistemlərarası qaz kəməri istifadəyə verilib.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   Ermənistan   Qafqaz  


Bizi "telegram"da izləyin