Britaniya səfiri Gəncəyə raket atılmasının ildönümü ilə bağlı paylaşım edib

2022/10/633be-1664872625.jpg
Oxunub: 317     12:36     04 Oktyabr 2022    
Bu gün 44 günlük müharibə zamanı Gəncənin ilk raket hücumuna məruz qalmasından 2 il keçir.

Ordu.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld “Twitter“də bildirib.

“Biz bu faciənin günahsız qurbanlarını dərin hüznlə anıb, onların yaxınlarına başsağlığı diləyirik”, - diplomat qeyd edib.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın qədim tarixə malik ikinci böyük şəhəri olan Gəncənin mərkəzinə əməliyyat-taktiki ballistik raket kompleksindən istifadə etməklə ilk hücumundan 2 il ötür.

Ermənistanın Vətən müharibəsi dövründə hərbi əməliyyatların aparıldığı bölgədən çox uzaq məsafədə yerləşən Gəncə şəhərində bir neçə dəfə törətdiyi terror aktları nəticəsində aralarında qadın və uşaqların da olduğu 26 mülki şəxs həlak olub, 175 nəfər isə yaralanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Gəncə  


Bizi "telegram"da izləyin