RUBRİKA| Hindistan ordusu üçün DRDO PUA-ları – KAPOTHAKA

2022/10/789-1665490626.jpg
Oxunub: 485     16:15     11 Oktyabr 2022    
“Kapothaka” kəşfiyyat üçün nəzərdə tutulan mini PUA-dır. “Göyərçin” mənasını verən “Kapothaka” sistemlərinin “Nishant” PUA-larının sələfi olduğuna inanılır.

1982-ci ildə Livan müharibəsi zamanı İsrail tərəfindən uzaqdan idarə olunan sistemin uğurla tətbiq edilməsindən sonra “Aeronautical Development Estabment” (ADE) 1983-cü ildə lazımi texnologiyaların hazırlanması üçün uzaqdan idarə olunan sistemin hazırlanmasını öz üzərinə götürdü. Növbəti 4 il ərzində ADE uçuş zamanı video ötürmə imkanlarını yoxlamaq və yerdən qalxma və paraşütlə enmə həyata keçirmək üçün kiçik uzaqdan idarə olunan platforma hazırladı.

Xüsusiyyətlər

“Kapothaka”nın tam çəkisi 130 kq idi və adi 2 “boom” konfiqurasiyası 26 at gücündə pistonlu mühərriklə təchiz edilmişdi. O, çox kiçik, aşağı radara görünmə sahəsinə malik idi və raket köməyi ilə relsdən buraxılırdı. Sistemin 4,5 m qanad açılımı, 3,67 m uzunluğu var idi. Əməliyyat hündürlüyü 3000 m idi. PUA 20 kq faydalı yük daşıyarkən 90 dəqiqə uçuş müddətinə malikdir və uçuş zamanı 180 km/saat sürətə çata bilir. O, real vaxt görüntülərinin kəşfiyyatını təmin edən TV və panoramik kameralarla təchiz olunub.

Bu proqram ADE -yə PUA dizaynının inkişafı və tətbiqinin incəlikləri üzərində baş sındırmaq imkanı verdi. Bu cəhd 1987-ci ilin sentyabrında “Brasstacks” əməliyyatı zamanı PUA-dan istifadə edilərək hava kəşfiyyatının uğurlu nümayişi ilə nəticələndi. PUA tərəfindən təmin edilən unikal qabiliyyətdən heyran qalan Hindistan Ordusu artilleriya üçün taktiki PUA sisteminə “keyfiyyət tələbini” formalaşdırdı və “Nishant sisteminin inkişafı başladı.

Ümumi xüsusiyyətlər

Ekipaj: Yoxdur
Uzunluq: 3,67 m
Qanad genişliyi: 4,5 m
Ümumi çəki: 130 kq
Mühərrik: 1 × 2 silindrli 2 taktlı mühərrik, 26 at gücü
Performans
Maksimum sürət: 180 km/saat
Uçuş müddəti: 90 dəqiqə
Əməliyyat hündürlüyü: 3,000 m


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kapothaka   Hindistan   Rubrika  


Bizi "telegram"da izləyin