Serbiya, Macarıstan və Avstriya qlobal böhran zamanı dəstək haqqında razılığa gəliblər

2022/07/ds4fd-1659294619.jpg
Oxunub: 426     22:19     03 Oktyabr 2022    
Serbiya prezidenti Aleksandar Vuçiç, Macarıstanın baş naziri Viktor Orban və Avstriya kansleri Karl Nehammer Budapeştdə keçirilən görüşdə qlobal böhran zamanı ərzaq, enerji və qeyri-qanuni miqrasiyanı dəstəkləmək barədə razılığa gəliblər.

Ordu.az xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandr Vuçiç “Pink” telekanalına müsahibəsində deyib.

“Ukraynada getdikcə artan münaqişə ərəfəsində mən inanıram ki, biz daha da böyük iqtisadi və enerji təzyiqi altında qalacağıq. Vəziyyət çox çətindir. Biz ilk növbədə Macarıstanla, eyni zamanda Avstriya ilə hər mənada dəstək, qida, qaz, sərhədlərimizi qeyri-qanuni miqrantlardan qorumaq barədə razılığa gəlmişik”, - Vuçiç bildirib.

Serbiya prezidenti qeyd edib ki, görüşlərdə ölkənin maliyyə naziri Sinişa Mali və Macarıstanın xarici işlər naziri Peter Siyarto da iştirak edib və maliyyə ilə bağlı bütün məsələlərin müzakirəsi olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Serbiya   Macarıstan   Avstriya  


Bizi "telegram"da izləyin