Rumıniya kəşfiyyat orqanları “Qazprom”un casusluq işi üzrə tərəfdaşının ofislərində axtarış aparıb

2022/08/1659935678.jpg
Oxunub: 410     21:49     03 Oktyabr 2022    
Rumıniyada “Qazprom”un nəzarətində olan “NIS Petrol” şirkətinin binalarında silsilə axtarışlar aparılıb.

Ordu.az “Agerpress”ə istinadən xəbər verir ki, Rumıniya Mütəşəkkil Cinayətkarlığın Araşdırılması İdarəsinin (DIICOT) əməkdaşları təşkilatın menecerlərinin ofislərində və evlərində axtarış aparıblar.

Axtarışlar şirkətin Timişoaradakı baş ofisində, eləcə də Buxarestdə aparılıb.

Tədbirlər məxfi məlumatların yayılması faktı ilə bağlı başlanmış cinayət işinin istintaqı çərçivəsində həyata keçirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rumıniya   Casus  


Bizi "telegram"da izləyin