Ordu.az xəbər verir ki, Ryabokona ölkəni tərk etmək üçün 5 gün vaxt verilib.
Litva səlahiyyətli orqanlar tərəfindən verilən məlumatları nəzərə alaraq qərara gəlib ki, Ryabokonun son hərəkətləri və bəyanatları onun diplomatik statusu ilə bir araya sığmır, ev sahibi dövlətin daxili işlərinə müdaxilə kimi qiymətləndirilir.
Qeyd edək ki, Litva Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində keçirilən “referendumlar”a görə etiraz edib.
Ordu.az