Erməni politoloq: “Xuliqan referendumlar keçirən ölkənin rəhbərlik etdiyi yerdə Ermənistanın heç bir işi yoxdur”

2020/03/Ruben-1584004591.jpg
Oxunub: 738     21:40     03 Oktyabr 2022    
“KTMT-nin cavabı Azərbaycanla münasibətlərin əhəmiyyətli dərəcədə pisləşməsi demək olacaq. Rusiya bunu etməyəcək, bu, onun maraqlarına uyğun deyil”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Ruben Mehrabyan deyib.

O qeyd edib ki, Ermənistanın KTMT-nin olmadığını düşünməkdən başqa yolu yoxdur.

“Elə bir vəziyyət yaranıb ki, Ermənistanın baş naziri Nikol Paşinyanın KTMT-yə sədrlik edən Ermənistanın baş naziri Nikol Paşinyandan heç bir izahatı yoxdur və faktiki olaraq da ola bilməz. Artıq sabit olmayan və mövcud olmayan şərtlərdə addımlar atmaq mümkün deyil. Xuliqan referendumlar keçirən ölkənin rəhbərlik etdiyi yerdə Ermənistanın heç bir işi yoxdur”, - deyə Mehrabyan bildirib.

Politoloq vurğulayıb ki, söhbət təkcə KTMT-yə üzvlükdən getmir.

“Ümumiyyətlə, Ermənistan-Rusiya hüquqi müqavilə bazasında artıq qiymətli heç nə yoxdur və ola da bilməz. Bu, bizə keçən infeksiyadır və müalicə olunmalıdır. KTMT-dən çıxmaq bu prosesdə ilk olsa da, lakin yeganə addım deyil”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin