“Ermənistan İranla hərbi təlimlər keçirə bilər”

2022/09/1663582316.jpg
Oxunub: 732     20:40     03 Oktyabr 2022    
“İran sərhədlərin dəyişməsinə imkan verməməkdə qərarlıdır. Bizdən heç bir cavab görmürəm, ola bilsin ki, nəsə edilir, amma hiss olunmur”.

Ordu.az xəbər verir ki, bunu erməni iranşünas ekspert Emma Beqicanyan deyib.

O qeyd edib ki, bu gün Ermənistanın dünyadakı maraqları yalnız İranın maraqları ilə üst-üstə düşür.

“Sərhədlərin dəyişdirilməsi ilə bağlı İran və ABŞ-ın da baxış bucağı üst-üstə düşür. Hər ikisi sərhəd dəyişikliyinə qarşıdır. Deməli, bizim ABŞ tərəfindən heç bir problemimiz yoxdur. Bundan əlavə, 2001-2003-cü illərdə Əfqanıstanda ABŞ və İran orada sülhün bərqərar olması üçün dolayısı ilə əməkdaşlıq ediblər. Ermənistan İranla hərbi təlimlər keçirə və başqa addımlar ata bilər”, - deyə Beqicanyan bildirib.

Onun sözlərinə görə, əvvələr İranla daha sıx əməkdaşlıq Rusiyaya görə olmayıb.

“İndi bu, tamamilə mümkündür. İndi İran və ABŞ-ın fikirləri üst-üstə düşür və Rusiya İranla münasibətləri gücləndirməyə meyllidir. Ona görə də Moskva buna qarşı çıxmayacaq”, - deyə ekspert bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İran  


Bizi "telegram"da izləyin