“KTMT Ermənistanın bütövlüyünü tanımır və orada olmaq mövcudluğumuza ziddir” - Babacanyan

2022/09/1662407945.jpg
Oxunub: 500     15:21     03 Oktyabr 2022    
“KTMT Ermənistanın bütövlüyünü tanımır və orada olmaq Ermənistanın mövcudluğuna ziddir”.

Ordu.az xəbər verir ki, bunu Ermənisanın “Respublika Naminə” partiyasının sədri Arman Babacanyan deyib.

Babacanyanın fikrincə, ya Ermənistan, ya da Ermənistanın KTMT-də mövcudluğu, başqa yol yoxdur.

“Biz qərar qəbul etmək üçün bununla çox soyuq və ayıq şəkildə üzləşməliyik. Ermənistan dünyadan dəstək almaq üçün Ukraynanın ərazi bütövlüyünü tanıdığını əvvəlcədən bəyan etməlidir”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KTMT   Ermənistan  


Bizi "telegram"da izləyin