Sülh müqaviləsinin imzalanması hər şeyə son qoya bilər – Bəs İrəvan bunu istəyir?

2022/09/1662117537.jpg
Oxunub: 871     16:08     03 Oktyabr 2022    
Xarici analitik mərkəzlər Ermənistanın son təxribatını müzakirə edir, İrəvanın aqressiv hərəkətlərinin motivlərini işıqlandırır və onların xronologiyasını müzakirə edirlər. Azərbaycan erməni təxribatlarına cavab olaraq, sonunculara ağır zərbələr endirir və özünü müdafiə edir.

Bu hərəkətlər birbaşa İrəvanın narahatlığı ilə bağlı ola bilər. Çünki, Rusiya faktiki olaraq Ukraynada zəif düşüb və Ermənistanın təhlükəsizlik sistemindən cavabdeh olan Rusiyanın bölgədə zəifləməsi İrəvanın xeyrinə deyil.

Eyni zamanda Türkiyə regionda güclənir. Azərbaycan Türkiyənin təsirindən istifadə edərək Rusiyanın ölkə daxilində təsirini azaldıb.

Ermənistanın hərbi xərclərini 40% artırması, Hindistandan yeni silahların alınması göstərir ki, vəziyyət sülh yolu ilə nizamlanmır. Ermənistan 44 günlük müharibədə çox ağır məğlubiyyətə uğrayıb, hərbi arsenalının böyük hissəsi məhv edilib və Azərbaycan qarşısında zəif düşüb. İndi yenidən balansı qaytarmağa ən azından cəhd edir.

Sentyabr ayında baş verən son toqquşmanın səbəbi də budur. Ermənistan sərhədlərin müəyyən edilməməsindən istifadə edərək əraziləri minalamağa cəhd edib. Sülh istəyən dövlət niyə minalama taktikasından istifadə etsin? Bütün bunlar Ermənistanın sülh istəmədiyini göstərir.

Bu amilləri birləşdirərək belə bir nəticəyə gəlirik ki, Ermənistan hazırda üç əsas problemi həll edir, birincisi, Ukrayna müharibəsindən istifadə edərək hərbi mövqelərini təkmilləşdirməyə çalışır. İkincisi Paşinyan daxildə siyasi mövqeələrini möhkəmləndirir. Üçüncüsü hansısa mövqeləri ələ keçirməyə cəhd etməklə sülh danışıqlarında üstünlük əldə etmək istəyir. Paşinyanın son zamanlarda Qarabağdakı separatçıları danışıqlara cəlb etmək istəyi də buradan qaynaqlanır.

Sülh müqaviləsi imzalanarsa, buna aparıcı dövlətlər zəmanət verəcək və belə olan halda Ermənistan təxribata cəhd edərək mövqelərini möhkəmləndirə bilməyəcək. Ona görə də sülh müqaviləsinin imzalanmasını maksimum uzatmağa çalışır.

Aqil Məmmədov  
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Sülh-müqaviləsi  


Bizi "telegram"da izləyin