Sülh danışıqlarına ağır zərbə| Mirzoyan-Bayramov görüşü öncəsi erməni vəhşiliyi

2022/10/sdfsd-1664773534.jpg
Oxunub: 1378     14:50     03 Oktyabr 2022    
Dünən “Telegram” kanallarında Ermənistan ordusunun hərbi qulluqçularının şəhid olan Azərbaycan hərbçilərinin cəsədlərinə işgəncə verən dəhşətli video yayılıb. Video ictimaiyyətdə sarsıdıcı təəssürat yaradıb. Müxtəlif səviyyələrdə erməni hərbçilərin bu hərəkəti pislənilib. Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bildirib ki, Ermənistan çoxsaylı hərbi cinayətlərə görə məsuliyyət daşıyanların məsuliyyətə cəlb edilməsi üçün hələ heç bir addım atmayıb.

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar da məsələyə reaksiya verib: “Bu gün mənə azərbaycanlılara qarşı törədilmiş hərbi cinayətləri əks etdirən bir neçə video göndərilib. Onların araşdırılmalıdır və əgər doğrudursa, təqsirkarlar məsuliyyətə cəlb edilməlidir”.

Sosial şəbəkələrdə qanunsuz əməllərə yol verilməklə saxlanılmış erməni təxribatçıların Azərbaycan hərbçiləri tərəfindən atəşə tutulması iddia olunduğu görüntülər də yayılıb. Hərbi Prokurorluq tərəfindən bu kateqoriyadan olan videolar üzrə onların həqiqi olub-olmaması, habelə videolardakı görüntülərin çəkildiyi zaman və məkan, onlarda əks olunan hərbi qulluqçuların şəxsiyyəti, eləcə də obyektiv həqiqətin müəyyən edilməsi üçün əhəmiyyət kəsb edən digər bütün hallar tam və hərtərəfli araşdırılır.

Videoların yayılması fonunda baş verən hadisələr xüsusilə maraqlıdır. Prezident İlham Əliyev oktyabrın 1-də Yunanıstan-Bolqarıstan sistemlərarası qaz kəmərinin açılışında iştirak edib və bu kəmər vasitəsilə Bolqarıstan da daha çox Azərbaycan qazı alacaq. Eyni zamanda oktyabrın 2-də Cenevrədə Ermənistan və Azərbaycan xairici işlər nazirləri arasında görüş keçirilib.

Görünür, ermənilər Qərb-Rusiya qarşıdurmasından istifadə edərək Azərbaycana təzyiq etmək və danışıqlarda hansısa üstünlük qazanmaq niyyətindədir.

Yayılan videolar Ermənistan-Azərbaycan arasında sülh danışıqları prosesinə mane ola bilər. Bəs buna mane olmaq kimin marağındadır?

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Mirzoyan  


Bizi "telegram"da izləyin