“Paşinyan ölənlərin siyahısını açıqlamır ki, biz itkilərin həqiqi sayını bilməyək” - Aşotyan

2021/09/16713-1632560890.jpg
Oxunub: 467     14:10     03 Oktyabr 2022    
“Nikol Paşinyan son toqquşmada və 44 günlük müharibədə ölən hərbçilərin siyahısını və adlarını açıqlamır ki, biz itkilərin həqiqi sayını bilməyək”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan öz “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, Paşinyanın 21 sentyabrda Yerablura gəlməsi şou idi.

3 keçmiş prezidentin bu çətin vəziyyətdə Paşinyana dəstək verməsi təklifinə toxunan Aşotyan bildirib ki, Paşinyan heç vaxt heç nəyə görə məsuliyyət daşımayıb.

Aşotyanın fikrincə, qarşılıqlı ərazi bütövlüyünün tanınması ilə bağlı problem ondan ibarətdir ki, Azərbaycan gələcəkdə MDB-dən çıxa bilər və bu halda Ermənistan ciddi çətinliklərlə üzləşəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin