Prokurorluq Xocavənddə mina partlaması ilə bağlı məlumat yayıb

2020/05/vzriv-1589022045.jpg
Oxunub: 437     12:37     02 Oktyabr 2022    
Oktyabrın 2-si saat 11 radələrində Xocavənd rayonunun işğaldan azad edilmiş Tağaverd kəndi ərazisində 2002-ci il təvəllüdlü Rasif Kərimzadənin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Xocavənd rayon prokurorluğundan Ordu.az-a verilən məlumata görə, ilkin araşdırmalarla həmin ərazidə təmir tikinti işləri aparılan zaman fəhlə kimi çalışan Rasif Kərimzadənin minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilmişdir.

Hazırda faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xocavənd   Mina  


Bizi "telegram"da izləyin