Rusiyada qismən səfərbərlik elan edildikdən sonra yüzə yaxın kütləvi tədbir ləğv edilib

2022/09/prizo-1664439736.jpg
Oxunub: 511     11:31     02 Oktyabr 2022    
Sentyabrın 19-dan 25-dək Rusiyada qismən səfərbərliyin elan olunduğu həftə ərzində ölkədə yüzə yaxın kütləvi tədbir - konsertlər, festivallar, şənliklər ləğv edilib və ya təxirə salınıb.

Ordu.az xəbər verir ki, bu barədə RBC məlumat yayıb.

Qeyd olunur ki, Rusiyada qismən səfərbərlik elan ediləndən bir gün sonra normadan 270%-dən çox tədbir təxirə salınıb və ya ləğv edilib.

Vurğulanır ki, fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyat elan edildikdən sonra əyləncə tədbirlərinin ləğvində də artım müşahidə olunub. Ləğvetmə və təxirə salınma 436% təşkil edib.

Gələn həftənin sonuna qədər 200-dən bir qədər çox ləğv və təxirə salınma olacağı proqnozlaşdırılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Səfərbərlik  


Bizi "telegram"da izləyin