İsraildə naməlum silahlı avtobusa atəş açıb

2022/10/1664701347.jpg
Oxunub: 446     11:31     02 Oktyabr 2022    
İsraildə İordan çayının qərb sahilində naməlum şəxs avtobusa və avtomobilə atəş açıb.

Ordu.az xəbər verir ki, bu barədə İsrailin Müdafiə Ordusunun "Twitter" səhifəsindəkı paylaşımda deyilir.

"Bu səhər Nablus şəhəri yaxınlığında bir minik avtomobili və avtobusa silahlı hücum edilib", - deyə paylaşımda deyilir.

Məlumata əsasən, açılan atəş nəticəsində minik avtomobilinin sürücüsü yaralanıb.

Hadisə yerinə gələn hərbçilər atəş açan şəxsin və ya şəxslərin axtarışına başlayıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin