Bu barədə
Ordu.az “Defense News”a istinadən xəbər verir.
Qeyd olunub ki, Litva bu il hərbi büdcəsini təxminən 148 milyon avro artıracaq. Belə ki, ümumilikdə hökumət 2022-ci ildə ölkənin ümumi daxili məhsulunun 2,52 faizini müdafiəyə ayırmağı planlaşdırır.
Ölkənin maliyyə naziri Qintare Skayste deyib ki, Rusiyanın başlatdığı müharibə kontekstində rəsmi Vilnus parlament partiyalarının razılığını ardıcıl şəkildə yerinə yetirməklə müdafiəyə ayrılan vəsaiti çoxaldır.
Ordu.az