ABŞ Ukraynanın mövqelərini hərbi və diplomatik baxımdan gücləndirmək niyyətindədir

2022/05/1651401523.jpg
Oxunub: 369     08:10     02 Oktyabr 2022    
ABŞ dövlət katibi Entoni Blinken və Ukraynanın xarici işlər naziri Dmitro Kuleba arasında telefon danışığı olub.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamaneti məlumt yayıb.

“Dövlət katibi prezident Baydenin ABŞ-ın Ukraynanın öz ərazisinə nəzarət etmək səylərini həmişə dəstəkləyəcəyi mesajını təkrarlayıb”-deyə, məlumatda vurğulsnıb.

Blinken bildirib ki, ABŞ Ukraynanın mövqelərini hərbi və diplomatik baxımdan gücləndirmək niyyətindədir. O, həmçinin Kulebaya təhlükəsizlik dəstəyi, o cümlədən əvvəllər elan edilmiş 1,1 milyard dollarlıq yardım paketi, eləcə də gələcək tədarüklər haqqında məlumat verib.

Tərəflər Ukraynanın taxıl ixracı məsələlərinə və bütün dünyada ehtiyacı olanlara ərzaq çatdırılmasının dayanmamasına yönəlmiş səylərə toxunublar, Ukraynanın nüvə obyektlərinin təhlükəsizliyinin təmin edilməsini də müzakirə ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin