ABŞ Burkina Fasoda dövlət çevrilişini pisləyib

2021/07/ssas-1626428863.jpg
Oxunub: 393     04:50     02 Oktyabr 2022    
ABŞ Burkina Fasoda cümə günü baş vermiş dövlət çevrilişini pisləyib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Praysın yaydığı bəyanatda deyilir.

"Birləşmiş Ştatlar Burkina Fasodakı hadisələrdən dərin narahatdır. Qeyd edirik ki, səkkiz ay ərzində ikinci dəfə ordu hökuməti və Milli Assambleyanı buraxdığını və konstitusiyanın fəaliyyətini dayandırdığını elan etdi. Biz Qərbi Afrika Ölkələrinin İqtisadi Birliyinə (ECOWAS) qoşuluruq. Afrika İttifaqı və Avropa İttifaqı demokratik yolla seçilmiş mülki hökumətin geri qaytarılması üçün razılaşdırılmış vaxtı təhlükə altına alan bu hərəkətləri və davam edən zorakılığı pisləyir”, - deyə bəyanatda deyilir.

Birləşmiş Ştatlar Burkina-Fasoda hakimiyyəti ələ keçirmiş hərbçiləri deeskalasiyanı təmin etməyə, mülki şəxslərə və hərbçilərə zərərin qarşısını almağa və konstitusiya quruluşunu bərpa etməyə çağırıb.

Xatırladaq ki, Sentyabrın 30-da hərbi qrup Burkina-Fasoda dövlət çevrilişi edərək hakimiyyəti ələ keçirdi və polkovnik-leytenant Pol-Henri Sandaoqo Damibanı prezidentlikdən uzaqlaşdırdı.
Artilleriya kapitanı İbrahim Traore ölkənin yeni lideri oldu. O, ölkənin idarəetmə strukturuna, Qorunma və Bərpa Uğrunda Vətənpərvərlik Hərəkatına rəhbərlik edirdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin