“Ukrayna bayrağı artıq Limandadır, bir həftədən sonra Donbasın bir çox yerində dalğalanacaq” - Zelenski

2022/06/1655618102.jpg
Oxunub: 486     02:01     02 Oktyabr 2022    
Bu həftə Donbasın bir çox yerlərində Ukrayna bayrağı dalğalanacaq.

Ordu.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski müharibənin 220-ci gününün sonunda etdiyi videomüraciətində deyib.

Onun sözlərinə görə, bu hərakat Ukrayna hər şeyi alana qədər davam edəcək.

Onun sözlərinə görə, bu gün dünya daha çox Rusiyanın ərazilərimizi ilhaq etmək cəhdinin pislənməsinə qoşulub.

“Nəticədə Ukraynanı və beynəlxalq hüququ açıq şəkildə dəstəkləyən və Rusiyanı bu növbəti aqressiv addımına görə qınayan onlarla bəyanatımız var” deyən Zelenski BMT-nin baş katibi Antonio Quterreşin bəyanatını ayrıca qeyd edib:

“O, birbaşa deyib ki, Rusiyanın BMT-nin məqsəd və prinsiplərini, nizamnaməsini pozan “referendum”larının və ilhaq cəhdlərinin heç bir hüquqi nəticəsi olmayacaq”.

Zelenskinin sözlərinə görə, BMT-də ən yüksək səviyyədə belə sözlər eşidiləndə dünyada hamı hər şeyi başa düşür. Rusiya isə bu dünya anlayışını dayandıra bilməz.

Zelenski əmin oldğunu bildirib ki, sonda Rusiya beynəlxalq birliyə qarşı mübarizəni uduzacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Ukrayna  


Bizi "telegram"da izləyin