44 günlük Vətən müharibəsinin xronikası: 2 oktyabr

2022/10/1664689642.jpg
Oxunub: 679     00:01     02 Oktyabr 2022    
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Ordu.az Vətən müharibəsinin oktyabrın 2-nə olan xronikasını təqdim edir.

- Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib

- Oktyabrın 2-də gecə ərzində və səhər saatlarında cəbhənin müxtəlif istiqamətlərində döyüş əməliyyatları davam edib. Düşmənin daha bir neçə canlı qüvvə və döyüş texnikası məhv edilib. Düşmənin səhra idarəetmə məntəqəsi göyə sovurulub. Döyüş meydanından qaçan düşmənin silah-sursatı qənimət kimi ələ keçirilib.

- Ermənilərin döyüş bayrağı ələ keçirilib. Düşmənin təminat və döyüş vasitələri darmadağın edilib

- Ermənistan yaşayış məntəqələrimizi artilleriya atəşinə tutub. Ermənilər uşaq bağçasına zərbələr endirib

- Ermənilər cəbhə bölgəsində çəkiliş aparan jurnalistləri atəşə tutub.

- Ağdərə istiqamətində qoşunlarımız Madagiz ətrafındakı hakim yüksəklikləri azad edib və bu məntəqəni nəzarətdə saxlayıb. Cəbrayıl-Füzuli istiqamətində qoşunlarımız düşmənin müqavimətini qıraraq onu geri çəkilməyə məcbur edib və irəliləməyə nail olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vətən-Müharibəsi   Xronika  


Bizi "telegram"da izləyin