Meksikada hərbi helikopter qəzaya uğrayıb, 3 nəfər ölüb

2022/08/1661781782.jpg
Oxunub: 298     00:10     02 Oktyabr 2022    
Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus çoxməqsədli “Eurocopter” helikopteri Tabasko ştatının cənub-şərqindəki Sentla bölgəsində qəzaya uğrayıb.

Ordu.az xəbər verir ki, bu barədə “MILENIO” qəzeti məlumat yayıb.

Qəza nəticəsində ən azı 3 nəfər həlak olub, daha iki nəfər isə ağır yaralanıb.

Hadisə yerinə hakimiyyət nümayəndələri gəlib. Qəzanın mümkün səbəbləri barədə məlumat açıqlanmayıb.

Meksika Hərbi Dəniz Qüvvələri hələlik hadisə ilə bağlı açıqlama verməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Meksika   Helikopter  


Bizi "telegram"da izləyin